İngiltərə nəhəngi “Mançester Yunayted”in keçmiş baş məşqçisi Lui van Qal bilidirib ki, “qırmızı şeytanlar”ı futbol klubu saymır.
Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, 73 yaşlı niderlandlı mütəxəssis “Mançester Yunayted”i kommersiya klubu hesab etdiyini açıqlayıb:
“Bu, əvvəlki kimi kommersiya klubudur, futbol klubu deyil. Mən bu barədə əvvəllər də demişəm. Məşqçinin, hansı oyunçuların komandaya gəlməsinə qərar verməməsi həmişə çətindir.
Mən düşünürəm ki, oyunçuları məşqçi seçəndə və əgər komanda onun rəhbərliyi altında nəticələrə müvəffəq olmasa, bu halda siz onu qova bilərsiniz, belə də olmalıdır. Amma futbolçuları başqa adamlar alanda, sizin fəsadlarınız baş qaldırır: sizə məşqçi bilikləri və anlayışı gərəkdir, belə ki, bu oyunçuarı o çalışdırmayacaq. Məsələn, Arne Slot – bu, o adamdır ki, özünün “Liverpul”dakı texniki idarəçisiniə, onun hansısa filan oyunçunu satın almalı olduğunu deyir, bu məqama bir diqqət yetirin”, deyə Lui van Qal vurğulayıb.
Xatırladaq ki, Lui van Qal hazırda “Ayaks”da məsləhətçi olaraq çalışır. Niderlandlı mütəxəssis 2014-2016-cı illərdə “qırmızı şeytanlar”ı çalışdırıb.
Əlavə edək ki, “Liverpul” 46 yaşlı niderlandlı mütəxəssis Arne Slotun rəhbərliyi altında İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün çempionluğunu qazanıb.
“Mançester Yunayted” isə 2024-cü ilin oktyabr ayında 55 yaşlı niderlandlı məşhur mütəxəssis Erik ten Haqı istefaya göndərib, “qırmızı şeytanlar”ın sükanını 40 yaşlı portuqal mütəxəssis Ruben Amorimə həvalə edib. Mövsümün sonunda isə “qırmızı şeytanlar” çıxış etdikləri bütün yarışlarda müvəffəqiyyətsizliyə uğrayıblar. “Mançester Yunayted” Premyer Liqanı 15-ci yerdə başa vurub, Avropa Liqasının finalında isə “Tottenhem”ə məğlub olaraq (0:1) növbəti mövsümdə avrokuboklarda iştirak imkanından məhrum olub. Hazırda “qırmızı şeytanlar” tarixən ən bərbad dövrlərindən birini yaşayırlar.


