Luis Dank kapitanı olduğu “Brayton”da qaldı – Rəsmi

İngiltərənin “Brayton” klubu yarımmüdafiəçisi Luis Dank və sol cinah müdafiəçisi Ceyms Ferlonqla müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Dank 3, Ferlonq 2 illik yeni sözləşməyə imza atıb. Onların hər ikisinin əvvəlki sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər idi.

Hazırda komandanın kapitanı olan Luis Dank “Brayton”un öz yetirməsidir. 31 yaşlı futbolçu bu komandada indiyə qədər 416 oyuna çıxıb, 27 qol və 14 məhsuldar ötürmə müəllifi olub. Karyerasının ilk illərində “Bristol Siti”də də icarədə olmuş futbolçu İngiltərə yığmasında 1 oyun keçirib.

Ceyms Ferlonq isə 2019-cu ildə “Şemrok Rovers” klubundan “Brayton”a transfer olunub. 21 yaşlı futbolçu bu klubun əsas komandasında cəmi 1 oyun keçirib. O, ötən mövsümün ikinci dövrəsini “Motervel”də icarədə keçirib. İrland futbolçu ölkəsinin U-21 yığmasına da dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: