Luis Enrike: “Çelsi” PSJ-yə azacıq bənzəyir”

PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci il FIFA Klub Dünya Kubokunun “Çelsi” ilə final oyunundan gözləntisini açıqlayıb.

Arena.az “The Guardian” nəşrinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Entso Mareska (“Çelsi”nin baş məşqçisi – redaktorun qeydi) mənim bəyəndiyim bir məşqçidir. Mənə, onun komandasının topla necə oynaması xoş gəlir. Onlar fərdi baxımdan güclü çoxlu oyunçuya malikdirlər, həmçinin onların əsl borc hissi var. Onlar azacıq bizim komandaya bənzəyirlər. Onlar fiziki cəhətdən də qüvvətlidirlər. Bu, çox rəvan və çox çətin bir oyun olacaq”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, klublararası dünya çempionatının final oyunu bu gün, iyulun 13-də ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: