Luis Enrike ÇL zəfəri haqda: “PSJ bu qalibiyyətə layiqdir”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının finalında “İnter” üzərində 5:0 hesablı qələbəni şərh edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mövsümün lap əvvəlindən biz tarix yazmağa köklənmişdik. İndi isə bayram etməyin zamanı gəlib. Mən oyunçularla azarkeşlər arasında əsl rabitə gördüm Biz buna həqiqətən layiqik. Müvafiq səviyyədə oynamaq çətindir, amma biz təzyiqin öhdəsindən necə gəlmək gərək olduğunu bilirdik”, deyə Luis Enrike vurğulayıb.

Xatrladaq ki, PSJ tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Bu, PSJ-nin mövsümdə həmçinin dördüncü qənimətidir. Fransa nəhəngi buna qədər ölkə çempionluğunu, ölkə kubokunu və ölkə superkubokunu qazanmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: