Luis Enrike Karlo Ançelottiyə uğurlar diləmədi

Məlum olduğu kimi, 65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi vəzifəsinə təyinat alıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, PSJ-nin baş məşqçisi, 55 yaşlı ispan mütəxəssis Luis Enrike bu mövzuya dair açıqlamasında Karlo Ançelottiyə uğurlar diləməməsi ilə diqqət çəkib:

“Düşünmürəm ki, Karlo Ançelotti kimi karyerası olmuş məşqçi nə vaxtsa yaşamış ola. Aydındır ki, mən nə Braziliya millisinə, nə də Ançelottiyə heç bir uğur diləmirəm, çünki bu uğurun İspaniya yığmasını müşayiət etməsini istəyirəm. Amma italyan mütəxəssisin Braziliya millsini çalışdırması əladır. Bu, çox ümidverici bir uyğunluqdur”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, Ançelotti Avropada klub mövsümünün başa çatması ilə Brazilyia millisini qəbul edəcək. İtalyan mütəxəssis mayın 26-da “selesao”nun sükanı arxasında işə başlayacaq. Ançelottinin Braziliya millisi ilə ilk sınağı 2026-cı il dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Ekvador (6 iyun) və Paraqvay (11 iyun) yığmaları ilə oyunlara təsadüf edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: