PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının finalında Paris klubunun “İnter”lə oyundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın rəsmi sayıtna istinadən, 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Hesab edirəm ki, bu komanda və bu oyunçular bu finalda oynamağa layiqdirlər. PSJ azarkeşləri və klub Çempionlar Liqasında qələbəyə layiqdirlər. Onlar bunu edəcəklər. Mən bunun mayın 31-də baş verəcəyini bilmirəm, amma əminəm ki, bu onillikdə PSJ Çempionlar Liqasında birdən artıq qənimət qazanacaq. Mən bunu bu komandanın hətta baş məşqçisi olmasaydım belə, deyəridim.
Məni hər şeydən çox ilhamlandıran xüsus – PSJ ilə tarix yaratamaq istəyidir ki, buna görə də mən bura, onlar üçün ilk Çempionlar Liqası qənimətini qazanmağa gəlmişəm. İlk həmişə ən çətinidir. Bu, İspaniya yığmasının dünya çempionatındakı ilk çempionluğu kimidir. Kimsə qapını açmalı və deməlidir: “Biz bunu edə bilərik!” Əgər biz bunu etmiş olsaq, onda bizdən sonrakı nəsil də bunu edə biləcək”, deyə Luis Enrike vurğulayıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının PSJ və “İnter” arasındakı final oyunu mayın 31-də Münhenin “Arena Münhen” stadionunda keçiriləcək.


