Luis Suares: “Neymara PSJ-yə keçidinin səhv olduğunu demişdik”

Uruqvaylı mərkəz hücumçu Luis Suares hesab edir ki, braziliyalı hücumçu Neymarın PSJ-yə keçməsi səhv addım idi.

Arena.az “Goal” nəşrinə istinadən, Suaresin bu barədə fikirlərini təqdim edir:

“Mən, Messi və Neymar çox yaxşı dost idik, bilirdik ki, meydanda öz rollarımızı oynasaq, “Barselona”nı möhtəşəm edəcəyik. Birimiz zəif oynasaydıq, digər ikimiz vəziyyəti fərqli edərdi. Bu, heyrətamiz bir münasibət idi. Neymara PSJ-yə qoşulmağın səhv olduğunu söylədik. Neymar ən yaxşı olmaq istəyirdisə, Messiyə yaxın olmalı idi. Amma o, qərarını verdi və bu, komandada boşluq yaratdı”, deyə Luis Suares xatırlayıb.

Braziliyalı ulduz futbolçu cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Neymarı 50 milyon avro məbləğində qiymətləndirir.

Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almışdı. Futbolçunun təxmin edilən sağalma müddəti 10 aya qədər çəkə bilər bilər. Beləliklə, Neymarın cari mövsümdə bir daha meydana çıxmayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: