Luis Suares yeni klub yaratdı

Madrid “Atletiko”sunun hücumçusu Luis Suares klub yaradıb.

Arena.az xəbər verir ki, uruqvaylı futbolçu ölkəsində “Deportivo LS” adlı klub yaradıb.

Xarici mətbuatda yayılan xəbərlərə görə, komanda Uruqvayda universitet liqasında oynayacaq.

“Deportivo LS”nin əsas hədəfi peşəkar kluba çevrilməkdir.

“Nasional”ın yetirməsi olan, peşəkar karyerasına da məhz bu komandada başlayan Luis Suares, sonralar “Qroningen”, “Ayaks”, “Liverpul” və “Barselona”da da forma geyinib. O, 2020-ci ilin yayından “Atletiko”nun uğurları üçün çalışır. 34 yaşlı hücumçu 2007-ci ildən formasını geyindiyi Uruqvay yığmasında 116 oyun keçirib, 63 qola imza atıb.