İngiltərənin “Börnli” klubunun sağ vingeri Luka Koleoşo bundan sonra sabiq komandası “Espanyol”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
La Liqa təmsilçisi 20 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Luka Koleoşo məhz “Espanyol”un yetirməsidir. “Börnli” onu 2023-cü ilin yayında 3 milyon avro müqabilində heyətinə qatmışdı. “Börnli”nin heyətində 45 oyuna çıxmış gənc vinger 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, vaxtilə “Espanyol”da da 6 oyuna 1 qolla yadda qalıb.
Kanada, İtaliya və ABŞ vətəndaşlığı olan Koleoşo bu ölkələrin aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas milli seçimini etməyib.
“Transfermarkt” internet-portalı 20 yaşlı vingerin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.



