Luka Romero “Milan”da – Rəsmi

Bu yay İtaliyanın “Latsio” klubundan ayrılan argentinalı cinah yarımmüdafiəçisi Luka Romero azad agent qismində “Milan”a keçib.

Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən xəbər verir.

İtaliya nəhəngi istedadlı gənc yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlayıb. 18 yaşlı futbolçu yeni komandasında elə 18 nömrəli formanı geyinməyə qərar verib.

Xatırladaq ki, Luka Romero 2021-ci ilin yayından “Latsio”nun uğurları üçün çalışırdı. O, 2022/2023 mövsümündə paytaxt klubunun heyətində 12 oyuna çıxıb, 1 qol vurub. Yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran futbolçu “Latsio”da bütövlükdə 21 oyun keçirib, 1 qolla yadda qalıb. Argentinalı vinger daha öncə İspaniyanın “Malyorka” klubunun əsas komandasında da 9 oyun keçirib, 1 qol vurub.

Romeronun “Latsio” ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatmışdı. “Transfermarkt” internet-portalı Luka Romeronu 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: