Lukas Boye “Alaves”də

İspaniyanın “Qranada” klubunun argentinalı mərkəz hücumçusu Lukas Boye bundan sonra “Alaves”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Alaves” rəsmi saytı vasitəsilə məlumat yayıb.

La Liqa təmsilçisi 29 yaşlı futbolçunun transferi üçün “Qranada”ya 5,8 milyon avro ödəyib. Argentinalı forvard yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Lukas Boye Argentinanın “River Pleyt” klubunun yetirməsidir. “Nyuels Old Boyz”, “Torino”, “Selta”, AEK (Afina), “Ridinq”, “Elçe” kimi klublarda da oynamış hücumçu “Qranada”ya 2023-cü ilin yayında 8,74 milyon avro müqabilində keçmişdi. O, “Qranada”nın heyətində 64 oyuna 16 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

2022-ci ildə Argentina millisində debüt etmiş Lukasa sonradan milli formanı geyinmək qismət olmayıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: