Bu yay İngiltərənin “Vest Hem” klubundan azad agent kimi ayrılmış polşalı qapıçı Lukaş Fabianski peşəkar futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, təcrübəli qolkiper 41 yaşında peşəkar futbolla vidalaşıb.
O, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Vest Hem”lə müqaviləsi başa çatmış Fabianski ötən mövsüm London klubunun heyətində cəmi 1 oyuna çıxıb. O, 2025-ci ilin sentyabrında “Vest Hem”ə qoşulmuşdu.
Xatırladaq ki, Fabianski daha əvvəl “Vest Hem”in heyətində 7 mövsüm keçirib. Həmin müddətdə o, bu komandanın heyətində 216 oyunda meydana çıxıb, 290 qol buraxıb, 55 matçda qapısını toxunulmaz saxlayıb. Lukaş 2023-cü ildə bu komanda ilə Avropa Konfrans Liqasının qalibi olub.
Təcrübəli qolkiper karyerası ərzində “Lex” (Poznan), “Legiya” (Varşava), “Arsenal”, “Suonsi Siti” kimi klubların da şərəfini qoruyub.
Polşanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Lukaş Fabianski 2006-cı ildə debüt etdiyi əsas millidə 57 oyun keçirib, 45 qol buraxıb, 27 matçda qapısını toxunulmaz saxlayıb.


