İngiltərənin “Liverpul” klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salah Fransa çempionu PSJ-yə keçə bilər.
Arena.az bu haqda “Sports Zone”a istinadən xəbər verir.
Məlumata görə, Paris klubunun prezidenti Nasser Əl-Xelaifi Mərakeşdə Məhəmməd Salahla görüş keçirib. Tərəflərin 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatından sonra fəal ünsiyyət qurduğu deyilir. Əl-Xelaifi Salahı argentinalı ulduz hücumçu Lionel Messinin əvəzedicisi görür. Misirlinin transferi ilə bağlı razılaşmanın çətin olacağı vurğulanır.
31 yaşlı Məhəmməd Salah 2022/2023 mövsümündə “Liverpul”un heyətində 51 oyuna çıxıb, 30 qol vurub, 16 məhsuldar ilə fərqlənib. “Liverpul” 67 xalla turnir cədvəlini 5-ci pillədə başa vurub.
Hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Salahı 70 milyon avro məbləğində qiymətləndirir.


