Mərakeş Kral Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçisi Məhəmməd Uahbi ilə bağlı qərarını rəsmən açıqlayıb.
Arena.az bu barədə federasiyanın mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir.
Bildirilir ki, 49 yaşlı mütəxəssis dünya çempionatı (DÇ-2026) başa çatdıqdan sonra da Mərakeş milli komandasının baş məşqçisi vəzifəsində çalışacaq.
Uahbi bu ilin mart ayında yığmanın sükanı arxasına keçib. Onun rəhbərliyi altında Mərakeş millisi ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında 1/4 final mərhələsinə qədər irəliləyib.
Qeyd edək ki, Məhəmməd Uahbi məşqçilik karyerası ərzində Belçikanın “Anderlext” klubunun aşağı yaş qruplarında, həmçinin Mərakeşin U-20 və U-23 millilərində baş məşqçi kimi fəaliyyət göstərib. Federasiya rəhbərliyi millini ona məhz gənc futbolçuları daha yaxşı tanıdığı üçün tapşırmışdı.


