Məmməd Hüseynov “Zirə”ni “Kəpəz”ə dəyişdi

“Zirə”nin qapıçısı Məmməd Hüseynov qəsəbə təmsilçisindən ayrılıb və bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Klubdan verilən məlumata görə, Məmməd Hüseynovla 1+1 illik müqavilə imzalanıb.

Məmməd Hüseynov “Qarabağ”ın yetirməsidir. 25 yaşlı qolkiper 2023-cü ilin yayında “Zirə”yə qoşulmuşdu. Amma o, əsas komandada şans qazanmayıb. Hüseynovun Gəncə təmsilçisində də əsas heyət üzvü olması ehtimalı azdır.

Xatırladaq ki, “Kəpəz” daha öncə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya) və Kərim L’Kuçanı (“Santa Koloma”, Andorra) da heyətinə qatmışdı. Yeqor Xvalko və Ehtiram Şahverdiyev isə bu klubla yeni müqaviləyə imza atıb.

Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov və Latir Fall da Gəncə təmsilçisini tərk ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: