Macarıstan çempionatının qalibi bəlli oldu

Futbol üzrə Macarıstan çempionatının qalibi bəlli olub. Arena.az xəbər verir ki, “Ferentsvaroş” sona 4 tur qalmış çempionluğu təmin edib.

Stanislav Çerçesovun baş məşqçi olduğu komanda 29-cu turda evdə “Uypeşt”ə 2:1 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra xallarının sayını 62-yə çatdıran komanda rəqibləri üçün əlçatmaza çevrilib. 49 xalla 2-3-cü yerləri bölüşdürən “Kişvarda” və “Puşkaş Akademiya”sının liderə çatmaq üçün riyazı şansı da qalmayıb.

“Ferentsvaroş” tarixində 33 dəfə ölkə çempionu adını qazanıb. 36 dəfə də gümüş medallarla kifayətlənmiş bu komandanın Macarıstan çempionatının qalibi olduğu mövsümlərin siyahısını təqdim edirik:

1903, 1905, 1906/07, 1908/09, 1909/10, 1910/11, 1911/12, 1912/13, 1925/26, 1926/27, 1927/28, 1931/32, 1933/34, 1937/38, 1939/40, 1940/41, 1948/49, 1962/63, 1964, 1967, 1968, 1975/76, 1980/81, 1991/92, 1994/95, 1995/96, 2000/01, 2003/04, 2015/16, 2018/19, 2019/20, 2020/21, 2021/22

Xəbəri sosial şəbəkələrdə paylaş: