İspaniya La Liqasının 31-ci turunda “Malyorka”ya qarşı səfər oyununda 1:0 hesablı qələbə Madrid “Real”ı üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, La Liqanın cari mövsümünün 31-ci turundan sonra Karlo Ançelottinin kollektivi cəmi 20 qol buraxıb ki, bu da müvafiq məsafədə klub rekordunun təkrarıdır.
“Kral klubu” sonuncu dəfə 1987/1988 mövsümündə İspaniya çempionatının 31 oyunundan sonra bu qədər az qol buraxmışdı.
La Liqanın 31 turundan sonra “Malyorka” 31 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb. “Real” isə 78 xalla La Liqanın yarış cədvəlinə başçılıq edir.
Növbəti turda Madrid “Real”ı “el klasiko” çərçivəsində öz meydanında “Barselona” ilə qarşılaşacaq. Oyun aprelin 21-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


