Mahir Emreli “Kayzerslautern”də qolla debüt etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in heyətində ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Lüksemburqun “Saar” komandasına qarşı keçirdikləri yoxlama oyununun iştirakçısı olub.

Mahir Emreli əsas heyətdə yer alıb. O, ilk 45 dəqiqədə meydanda olub. İkinci hissədə isə Almaniya komandasının heyəti tamamilə dəyişib. Emreli ilk hissəsi 6:0 hesabı ilə yekunlaşmış matçda komandasının 5-ci qolunu (43-cü dəqiqədə) vurub.

Matç yekunda 19:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.

Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/2026-cı illər mövsümünə hazırlıq çərçivəsində ilk yoxlama oyunu olub.

Mahir “Kayzerslautern”lə bir neçə gün öncə 3 illik müqavilə bağlayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinir.

Xəbəri sosial şəbəkələrdə paylaş: