Mahir Emreli oynadı, “Dinamo” ilk məğlubiyyətinə üzüldü

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 15-ci tur çərçivəsində baş tutan “Osiyek”lə matçın iştirakçısı olub.

Zaqreb təmsilçisi bu rəqiblə səfərdə qarşılaşıb. “Dinamo” bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Bu, Zaqreb təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidir.

Mahir Emreli bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 15 turdan sonra 35 xalla zirvədə qərarlaşıb. Zaqreblilərin ehtiyatda da təxirə salınmış bir oyunu var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: