Futbol üzrə Xorvatiya çempionatında 14-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Split “Hayduk”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Bu, cari mövsümdə məğlubiyyət tanımayan Zaqreb təmsilçisinin ikinci heç-heçəsidir.
Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. Koronavirusa yoluxmuş azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Son Xorvatiya çempionu olan “Dinamo” 14 turdan sonra 35 xalla zirvədə qərarlaşıb.


