Mahir Emreli üçün “Hayduk”la matçda 90 dəqiqə, 1 qol

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində bu gün Xorvatiyanın “Hayduk” kollektivi ilə cavab qarşılaşmasının iştirakçısı olub.

“Rakuv” səfərdə baş tutmuş görüşdən 2:2 hesablı heç-heçə ilə ayrılıb. Mahir bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 27-ci dəqiqdə Emreli vurub.

Bu komandaların cavab görüşü gələn həftə Polşada keçiriləcək.

“Rakuv” Mahiri bu yay Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. Emreli Polşa klubunun heyətində 8 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 61 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: