Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Arena.az xəbər verir ki, favoritlər bu oyunlarda heç bir sürprizə imkan verməyiblər.
“Mançester Siti” “Bernli”ni 6 cavabsız qolla keçib. “Mançester Yunayted” də “Fulhem”lə oyunda inamlı qələbə ilə mərhələ adlayıb. “Şeffild Yunayted” “Blekbern”i, “Brayton” isə “Qrimsbi”ni məğlub edərək yarımfinala yüksəlib.
Beləliklə, Federasiya Kubokunun yarımfinalında “Mançester Yunayted” “Brayton”la, “Mançester Siti” isə “Şeffild Yunayted”lə mübarizə aparacaq. Bu matçlar təxminən bir ay sonra baş tutacaq.
İngiltərə Federasiya Kuboku
1/4 final
Mançester Siti – Bernli 6:0
Qol: Haland, 32; 35; 59. X.Alvares, 62; 73. Palmer, 68.
Şeffild Yunayted – Blekbern 3:2
Qol: Qallaxer, 28-öz qapısına. Makbörni, 81. Doyl, 90+1 – B.Dias, 21. Şmodiç, 60.
Brayton – Qrimsbi 5:0
Qol: Undav, 6. Ferquson, 51; 70. Mark, 82. Mitoma, 90.
Mançester Yunayted – Fulhem 3:1
Qol: B.Fernandes, 75; 90+6. Zabitser, 77 – Mitroviç, 50.
Yarımfinal
22 aprel
18:00. Brayton – Mançester Yunayted
18:00. Mançester Siti – Şeffild Yunayted


