“Mançester Siti” Premyer Liqada yeni rekorda imza atdı

“Mançester Siti” futbol üzrə İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 36-cı turunda səfərdə “Nyukasl”ı məğlub edib.

4:3 hesabıyla qələbə qazanan “şəhərlilər” ardıcıl 12-ci səfər oyunundan 3 xalla ayrılıb. Bu isə turnir tarixində yeni rekorddur. “Mançester Siti” Premyer Liqada ardıcıl 12 səfər matçında qələbə qazanan ilk komanda olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada hazırda 83 xalla liderdir. Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv artıq çempionluğunu da rəsmiləşdirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: