DÇ-2022-nin seçmə mərhələsinin Litva ilə səfər oyunu İtaliya yığmasının baş məşqçisi Roberto Mançini üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssisin çalışdırdığı kollektiv qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan bu oyundan 2:0 hesabıyla qalib ayrılıb.
Bu, 56 yaşlı məşqçinin İtaliya yığması ilə 21-ci qələbəsi olub. O, bu göstəriciyə 30 oyunda nail olub. Mançini İtaliya millisi ilə 21 qələbəyə ən tez çatan baş məşqçi olub.
İtaliya yığması Mançininin rəhbərliyi altında çıxdığı son 25 oyunda məğlubiyyət də tanımır. Sözügedən komanda bu görüşlərdə 20 qələbə, 5 heç-heçəyə nail olub. Bununla Mançini, Marçello Lippinin İtaliya yığması ilə 2004-2006-cı illər aralığında imza atdığı uğurlu seriyanı təkrarlayıb. Növbəti oyunda da komanda meydanı xalsız tərk etməsə, Lippinin rekordu yenilənəcək.
İtaliya yığması DÇ-2022-nin seçmə mərhələsinin C qrupunda 3 oyuna 9 xal qazanaraq liderdir.


