Manuel Anxel və David Affenqruber “Fulhem”də!

“Fulhem” heyətini iki yeni futbolçu – mərkəz yarımmüdafiəçisi Manuel Anxel və mərkəz müdafiəçisi David Affenqruberlə gücləndirib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Manuel Anxel Madrid “Real”ından 4 milyon avroya transfer edilib. 22 yaşlı ispan futbolçu ilə 3 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Anxel futbola “Sevilya”da başlasa da, “Real”ın yetirməsi hesab olunur. O, Madrid klubunun əsas komandasında 7 oyun keçirib. Manuel İspaniyanın U-15, U-16, U-18 və U-19 yığmalarında da oynayıb.

David Affenqruber isə “Elçe”dən 12 milyon avro müqabilində “Fulhem”ə keçib. 25 yaşlı avstriyalı futbolçu ilə 4 illik (2030-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

“Zalsburq”un yetirməsi olan Affenqruber peşəkar karyerasına “Liferinq”də başlayıb. “Şturm”da da oynamış mərkəz müdafiəçisi 2024-cü ildən formasını geyindiyi “Elçe”nin heyətində 84 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

David 2026-cı ildə debüt etdiyi Avstriya yığmasının heyətində cəmi 1 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: