Marçin Bulka Səudiyyə Ərəbistanına yollandı

“Nitsa”nın 25 yaşlı polyak qapıçısı Marçin Bulka bundan sonra Səudiyyə Ərəbistanı təmsilçisi “Neom”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Neom”un mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar.

Keçid ərəb klubuna 15 milyon avro məbləğ müqabilində başa gəlib.

Marçin Bulka “Çelsi”nin məzunudur. Polyak qapıçı böyük futbolda PSJ-nin heyətində debüt edib, ardınca “Kartaxena”, “Şatoru” və “Nitsa”da oynayıb.

2024/2025-ci illər mövsümündə Bulka “Nitsa” üçün 40 oyuan çıxıb, 55 qol buraxıb, 8 oyundan isə qapısının toxunulmazlığını təmin edə bilib.

Bulka 2023-cü ilin noyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 5 oyuna 10 qol “yeyib”, 2 oyundan isə “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 25 yaşlı polyak qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: