Mareska “Aston Villa”ya məğlubiyyətə aydınlıq gətirdi

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 26-cı turunda “Aston Villa”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, italyan mütəxəssisin 1:2 hesabıyla uduzduqları oyun barədə qənaətini təqdim edir:

“Biz yaxşı oynadıq və əvvəlki oyuna da yaxşı qarşılıq verdik. Biz bu nəticəyə layiq deyildik. Biz yenə də hesabda 1:0 öndə idik, bizim, qollar vurmaq üçün daha çox fürsətimiz vardı. Bu liqada sona qədər soyuqqanlı olmaq gərəkdir, yoxsa nə desən, baş verə bilər.
Bizim, müdafiəçilərin kürəkləri arxasında təhlükəmiz – mərkəz hücumçumuz əskikdir. Ötən həftə biz Pedru Netunu sınaqdan keçirdik. Bu, ağır yükdür, çünki komanda yaxşı halda idi və bütünlüklə can qoyurdu. Biz məğlub olduq və bundan narazıyıq. Əgər bugünkü kimi çıxış etsək, onda sona qədər əhəmiyyətli rol oynaya bilərik. Fərq cərimə meydançasında yaradılır.

Səbr edib gözləmək gərəkdir. Biz məğlub olmağı sevmirik. Təəssüf ki, bu, uğursuz məqamdır, ancaq biz birlikdə qalmalıyıq. Biz bir-birimizi dəstəkləməliyik. Bizə güclü olmaq və istiqamətimizi tutub-getmək gərəkdir. Çətin dövrümüzü yaşayırıq, bunun öhdəsindən isə gəlməliyik”, deyə Mareska vurğulayıb.

Cari mövsümdə keçirdiyi 26 oyunda 43 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədəvlinin 6-cı pilləsində qərarlaşıb. “Aston Villa” isə 27 oyundan 42 xalla 7-ci pillədədir.

Premyer Liqaya 26 oyundan 61 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: