Mareska “Betis”lə final oyunundan gözləntisini açıqladı

“Çelsi”nin baş məşqçisi Entso Mareska futbol üzrə Avropa Konfrans Liqasının finalında “Betis”lə oyundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən 45 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Əhval-ruhiyyəmiz yaxşıdır. Amma biz bilirik ki, final elə bir xüsusdur ki, bu, bir oyundur, nə desən, baş verə bilər. Mən bir neçə dəfə demişəm ki, bu mövsüm mənim üçün artıq yaxşıdır, amma əgər biz mövsümü ilk dördlükdə və ya beşlikdə başa vura bilsək o daha da yaxşı ola bilər. Birinci məqsədimizə müvəffəq olmuşuq: biz onu ötən bazar günü başa yerinə yetirmişik. İkinci tapşırığımızı yerinə yetirmək fürsəti isə – budur o.

Konfrans Liqası vacibdir. Əgər bizə, qalib gəlmək müyəssər olsa, bu, yaxşı olcaq, çünki biz qalib zehniyyəti təsis etməyə davam edirik. Oyunlarda qalib gəlmədən isə onu təsis etmək mümkünsüzdür. Sabah (artıq bu gün – redaktorun qeydi) biz yenidən qələbəyə can atdığımızı nümayiş etdirməliyik”, deyə Mareska vurğulayıb.

“Betis” – “Çelsi” oyunu bu gün, mayın 28-də Polşanın Vrotslav şəhərinin eyni adlı şəhər stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: