Mareska: “PSJ ilə oyuna ən yaxşı surətdə hazırlaşmışıq”

“Çelsi”nin baş məşqçisi Entso Mareska 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə final oyunundan gözləntisini açıqlayıb.

Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, 45 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz oyunçularımıza bütün vacib məlumatı çatdıraraq, onların meydanda səmərəli çıxışını təmin etmək məqsədilə komandamıza bu oyuna ən yaxşı surətdə hazırlaşmağa kömək edirik.

Mən hər bir komandaya hörmətlə yanaşıram, amma Bazar günü keçiriləcək oyuna elə, Braziliya komandalarına qarşı oyunlara hazırlaşırmış kimi hazırlaşıram. Mənim üçün bu, çox az şeyi dəyişir, o mənada ki, mən rəqibə harada ziyan vuracağımızı və harada bizə ziyan vurulacağını başa düşməyə çalışıram. Bundan qaynaqlanaraq, biz PSJ ilə bu oyuna hazırlaşırıq”, deyə Mareska vurğulayıb.

Xatırladaq ki, klublararası dünya çempionatının final oyunu bu gün, iyulun 13-də ABŞ-ın Nyu-Cersi ştatının Bergen dairəsinin İst-Raterford borosunun “Metlayf” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: