“Şaxtyor”un baş məşqçisi Marino Puşiç Çempionlar Liqasının 4-cü turunda “Barselona” ilə oyunda qazanılmış qələbəni (1:0) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən Puşiçin bu barədə fikirlərini təqdim edir:
“İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Onlar əla iş gördülər. Dediyim kimi, ancaq müdafiəni bilsən, hücum edə bilərsən. Hər şey müdafiədən başlayır.
Biz hücum etməyi sevirik və bu gün bir neçə yaxşı imkanımız oldu, amma oyunun təşkilatçılığı yenə də birinci yerdədir. Bu səviyyədə asanlıqla buraxsanız, qazanmaq imkanınız çox deyil. Bunun üzərində işlədik, oyunçular fantastik qarşılıq verdilər, mən bundan çox məmnunam.
Komanda bütün göstəricilərdə əla oynadı. Oyunçular bir saniyə belə, susmadılar. Görmək istədiyim budur: həm topla, həm də topsuz cəsarətli və yaxşı oyun”, deyə Marino Puşiç “şaxtaçılar”ın oyunundan razılıqla danışıb.
“Barselona” məğlub olsa da, “H” qrupunda 9 xalla liderliyini qoruya bilib. Kataloniyalıları eyni miqdarda xal toplamış təhlükəli rəqib “Portu” təqib edir, 5-ci turda “Barsa” məhz “Portu”nu qonaq edəcək. Qələbə sayəsində “Şaxtyor”a xalını 6-ya yüksəldib və iddiasını sürdürür. “Antverpen” isə xalsızdır, Belçika təmsilçisi aşkar “qapazaltı” mövqeyini təsdiqləyir.


