Mark Flekken “Frayburq”la yeni müqavilə bağladı

Almaniyanın “Frayburq” klubu qapıçısı və vitse-kapitanı Mark Flekken ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Amma 29 yaşlı qolkiperlə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.

Mark Flekken 2018-ci ilin iyul ayından “Frayburq”da çıxış edir. Niderland millisinin üzvü həmin vaxt “Duysburq”dan 2 milyon avro qarşılığında transfer edilmişdi. O, indiyə qədər Bundesliqa təmsilçisində 60 rəsmi matça çıxıb.

Qeyd edək ki, “Frayburq” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: