Mark Flekken rəsmən “Bayer”də

İngiltərənin “Brentford” klubunun niderlandlı qapıçısı Mark Flekken bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Leverkuzen kollektivi 31 yaşlı qolkiperlə 3 illik sözləşmə imzalandığını açıqlayıb. Transferin “Bayer”ə 10 milyon avroya başa gəldiyi iddia olunur.

Mark Flekken 2023-cü ilin iyul ayından “Brentford”da çıxış edirdi. Niderlandlı qolkiper Premyer Liqa klubunun heyətində 77 oyun keçirib, 123 qol buraxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

Flekken daha öncə “Frayburq”, “Duysburq”, “Qroyter Fyurt”, “Alemanniya Aaxen” kimi klublarda da çıxış edib.

Flekken 2022-ci ilin mart ayında debüt etdiyi Niderland millisinin heyətində 8 oyuna çıxıb. O, bu görüşlərdə 8 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: