İngiltərənin “Çelsi” klubunun 20 yaşlı ispaniyalı mərkəz hücumçusu Mark Qiu bundan sonra “Leypsiq”in uğurları üçün çalıaşcaq.
Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Leypsiq” bu transfer üçün “zadəganlar”a 15 milyon avro ödəyib. Gənc forvardla 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Mark Qiu “Barselona”nın məzunudur. “Çelsi” ispan hücumçunu 2024-cü ilin yayında 6 milyon avroya Kataloniya klubundan transfer etmişdi. London klubunun əsas komandasının heyətində 29 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Çelsi” Qiunu bir müddət “Sanderlend”ə də icarəyə verib.
Mark Qiu İpsaniyanın U-17, U-18, U-19 və U-21komandalarına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasına isə çağırış almayıb.
Mark Qiu “Çelsi” ilə Konfrans Liqasının (2024/2025) və FIFA Klub Dünya Kubokunun (2025) qalibi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.



