Marko Arnautoviç “Bolonya”da!

Futbol üzrə Avstriya yığmasının hücumçusu Marko Arnautoviç özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, o, bundan sonra karyerasını İtaliyada davam etdirəcək.

32 yaşlı hücumçu bu ölkənin “Bolonya” klubu ilə anlaşıb. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin Arnautoviçlə müqavilənin müddəti və detalları açıqlanmayıb.

Daha əvvəl İtaliyada “İnter”, Niderlandda “Tvente”, Almaniyada “Verder”, İngiltərədə “Vest Hem”, “Stok Siti” kimi klublarda çıxış edən Arnautoviç, son olaraq Çinin “Şanxay SİPQ” komandasında forma geyinib. O, 2019-cu ildən Çində çıxış edirdi.

Marko Arnautoviç Avstriya yığmasında 91 oyuna 27 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: