İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Marko Asensio karyerasını Fransa nəhəngi PSJ-də davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə AS nəşri iddialı məlumat yayıb.
Mənbədən alınmış məlumata görə, 27 yaşlı futbolçu yaxın günlərdə PSJ-yə keçidini tamamlayacaq. İspan futbolçu fransızlarla 4-5 illik müqavilə bağlayacaq.
Bir müddət əvvəl Asensionun xidmətində “Çelsi”, “Liverpul” və “Aston Villa”nın maraqlı olduğu deyilirdi. Ancaq PSJ tərəfindən göstərilmiş maraq və konkret təklif, Asensionu Kristof Qaltyenin komandasına qoşulmağa sövq edib.
“Real”ın Asensioya qalmaq təklifi irəli sürdüyü və müqaviləni uzatmağa razı olduğu da qeyd edilir. Ancaq futbolçunu Madriddə ehtiyat oyunçu statusu qane etmir.
Marko Asensio cari mövsümdə 50 oyunda “Real”ın formasını geyinib, 12 qola və 8 məhsuldar ötürməyə imza atıb.
“Transfermarkt” internet portalı futbolçunu 25 milyon avro məbləğində qiymətləndirir.