Marko Parolo “Latsio”dan getdi

İtaliyanın “Latsio” klubu yarımmüdafiəçisi Marko Parolo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı futbolçunun klubla müddəti bitən müqaviləsi yenilənməyib.

Parolo 2014-cü ilin yayından “Latsio”da çıxış edirdi. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 265 oyunda 39 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

Marko Parolo İtaliya yığmasında 36 oyuna çıxıb. O, “Latsio”dan əvvəl “Parma”, “Çezena” və “Verona” kimi klubların da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: