Markus Raşford gecə klubunda əyləndiyinə görə cərimələndi

“Mançester Yunayted”in ingiltərəli sol vingeri Markus Raşford barəsində intizam tədbiri görülüb və hücumçuya pul cəriməsi kəsilib.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Raşford “qırmızı şeyranlar”ın yanvarın 26-da keçirilmiş məşqçini gecə klubunda əylənərək buraxdıqdan sonra, komandanın baş məşqçisi Erik ten Haqın sədaqətini qazanmağa çalışıb.

Raşford bazar günü səhər saatlarında baş məşqçiyə “Mançester Yunayted”in “Nyuport Kaunti” ilə günorta keçirilmiş oyununda (4:2) xidmətini təklif edərək, Ten Haqı “yumşaltmağa” çalışıb. Amma holland mütəxəssis bu təklifi rədd edib. O, Raşforda komandanın təlim-məşq bazasına getməyi məsləhət görüb.

Vurğulanır ki, Raşfordun bu davranışı komandanın bir hissəsinin məyusluğuna səbəb olub.

Üstəlik, Raşford intizamsız davranışına görə iki həftəlik əməkhaqqı – təxminən 650 min funt-sterlinq məbləğində cərimələnib.

Daha sonra “Mançester Yunayted” hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Markus Raşford bütün bu davranışına görə məsuliyyəti öz üzərinə götürüb.

Vurğulayaq ki, “Mançester Yunayted” və Raşford, həmçinin onun ətrafı bu biabırçılığı açıb-ağartmaq istəmirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: