Avstriyalı yarımmüdafiəçi Marsel Zabitser Almaniya çempionu “Bayern”dən ayrılaraq Dortmund “Borussiya”sına keçib.
Arena.az xəbər verir ki, bu barədə “Borussiya”nın rəsmi saytı məlumat yayıb.
“Avstriya millisinin 29 yaşlı vitse-kapitanı bu gün Dortmundda tibbi müayinədən keçib, ondan sonra onunla 2027-ci il iyunun 30-dək qüvvədə olan müqavilə imzalanıb. Sabitser ABŞ-da mövsümöncəsi toplanışa gedən komandaya qoşulacaq”, – deyə klubdan bildirilib.
“Mən nəhayət komandaya qoşulmaq və “Borussiya”nın formasını geyinmək üçün səbirsizlənirəm. “Borussiya”nın menecerləri ilə danışıqlar əla keçdi və mənə klubun qarşıdakı illərdə nə qədər iddialı olmaq istədiyini göstərdi. “Borussiya”nın öz məqsədlərinə çatması və onların azarkeşləri ilə birlikdə xüsusi bir bayramı qeyd etmək üçün hər cür əsaslarının mümkün qədər tez olması üçün əlimdən gələni etmək istərdim”, – Zabitser bildirib.
Dortmund klubu bu transfer üçün “Bayern”ə 19 milyon avro ödəyəcək. Yeni klubu ilə 4 illik müqavilə bağlamış təcrübəli futbolçunun 20 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Marsel Zabitser “Bayern”ə 2021-ci ilin yayında “Leypsiq”dən 15 milyon avro qarşılığında keçmişdi. O, Münhen təmsilçisində 54 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 2022/2023 mövsümünün ikinci yarısında Zabitser “Mançester Yunayted”də icarə əsasında çıxış edib. O, “qırmızı şeytanlar”ın heyətində bütün yarışlar çərçivəsində 18 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Marsel karyerası ərzində “Admira Vakker”, “Rapid” (Vyana), “Leypsiq”, “Zalsburq” kimi klublarda da forma geyinib. O, Avstriya yığmasında 71 oyuna çıxıb, 14 qola imza atıb.


