Marselo Brozoviç Səudiyyə Ərəbistanını seçdi

“İnter”in və Xorvatiya yığmasının yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantını seçib.

Arena.az bu barədə italyan jurnalist-insayder Canluka Di Marsioya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Marselo Brozoviç təxminən 18 milyon avroya “Əl-Nəsr”ə keçəcək. Bu təklif “İnter”in rəhbərliyini qane edib və klub xorvat dayaq müdafiəçisinin “Əl-Nəsr” keçməsinə razılıq vermək qərarına gəlib.

2022/2023 mövsümündə Brozoviç “İnter”in heyətində 40 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

Brozoviçin “İnter”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Marselo Brozoviçi 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: