Materatsi: “ABŞ-da İtaliyanın mundialda iştirakını gözləyirlər”

İtaliya yığmasının keçmiş mərkəz müdafaiəçisi Marko Materatsi ABŞ-da “skuadra adzurra”dan mundialda iştirakın gözlənildiyini bildirib.

Arena.az xatırladır ki, İtaliya yığması 2018-ci və 2022-ci illərdə dünya çempionatlarından kənarda qalıb.

“Mənim Amerikada dostlarım var, onda məndən İtaliya yığmasının dünya çempionatına düşə bilib-bilməyəcəyi haqda hey soruşurlar. Bilirsinizmi, onların hamısı əmindirlər ki, İtaliya yığması orada olmalıdır”, deyə Materatsi vurğulayıb.

Əlavə edək ki, İtaliya yığması hazırda çətin dövrlərindən birini yaşayır.

İtaliya Futbol Federasiyası (FIGC) “skuadra adzurra”nın çətin dövründə komandanın sükanını 47 yaşlı italyan mütəxəssis Cennaro Qattuzoya etibar edib. Azarkeşlərin böyük ümidlər bəslədiyi Qattuzonun təyinatına isə bir çox təhlilçilər şübhə ilə yanaşırlar.

Xatırladaq ki, 2026-cı il FIFA Dünya Kuboku iyunun 11-dən iyulun 19-na qədər Amerikanın üç ölkəsində – ABŞ, Kanada və Meksikada keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: