“Borussiya”nın mərkəz müdafiəçisi Mats Hummels Dortmund klubundakı gələcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib.
Arena.az alman futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Nə qədər qəribə görünsə də, gələcəyimlə bağlı hələ qərar verməmişəm. İndi məni daha çox finalın (Çempionlar Liqasının) nəticələri məyus edir. Hələ də iyulda başıma nə gələcəyini isə təsəvvür edə bilmirəm”, deyə Hummels vurğulayıb.
Xatırladaq ki, “Borussiya” Çempionlar Liqasının finalında “Real”a 0:2 hesabı ilə məğlub olmuşdu.
Xatırladaq ki, Mats Hummels “Bayern”in yetirməsidir. Alman müdafiəçi 2008-2016-cı illərdə “Borussiya”da çıxış edib, daha sonra “Bayern”də üç il keçirərək 2019-cu ildə yenidən Dortmunda qayıdıb. Ümumiyyərtlə, Hummels yalnız bu iki Almaniya nəhənginin heyətində çıxış edib. Hummelsin Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun sonuna qədər qüvvədədir.
Hummels cari mövsümdə “Borussiya”nın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Ümumilikdə, Hummels Dortmund klubunun heyətində 508 oyuna 38 qol, 23 məhsuldar ötürmə ilə fərqlənib.
Mats Hummels 2010-cu ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyun keçirib, 5 qol vurb, 7 məhsuldar ötürmə verib. Mats DÇ-2014-ün qalibidir.
“Transfermarkt” internet-portalı 35 yaşlı veteran müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


