Mauritsio Sarri tezliklə iş başına qayıdacağını bildirdi

İtalyan mütəxəssis Mauritsio Sarri yenidən iş başına – məşqçiliyə qayıtmaq istəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə cavabını təqdim edir:

“İndi yenidən işləmək istəyim artır, ona görə də bir-iki aya hazır olacağam. Düşünürəm ki, İtaliyada klub tapmaq çətin olacaq, amma başqa ölkələrdə çalışmağa hazıram.

“Sevilya”? Ən azı, danışıqlar olub. Məqsədlərimiz fərqli idi, buna görə də işlər çox da uzağa getmədi”, deyə Sarri açıqlayıb.

Xatırladaq ki, Mauritsio Sarri cari ilin martın 13-də 2021-ci ilin iyunundan çalışdırdığı “Latsio”nun sükanı arxasından istefa verib. 65 yaşlı mütəxəssis “qartallar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. İtalyan mütəxəssisin bu qərarında pərdəarxası məqamların olduğu bildirilir.

Sarrinin “Latsio”nun sükanı arxasında ümumi mənzərəsi belədir: 137 oyun, 65 qələbə, 30 heç-heçə, 42 məğlubiyyət. Sarrinin rəhbərliyi altında “qartallar” 204 qol vurublar, 159 qol buraxıblar.
“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: