Maykl Antonio: “Yekunda “Liverpul”dan yuxarıda dayanacağıq”

“Vest Hem”in yamaykalı mərkəz hücumçusu Maykl Antonio hesab edir ki, “çəkicdöyənlər” Premyer Liqanın yekununda “Liverpul”u qabaqlayacaqlar.

Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir:

“Düşünürəm ki, bu mövsümü “Liverpul”dan yuxarıda bitirəcəyik! Bu, mənim fikrimdir.

Mən “Liverpul”un “Vulverhempton”la oyununa baxdım, çünki o oyun bizim oyundan əvvəl idi və “qurdlar”ın qələbə üçün yaxşı imkanı vardı! Onların kifayət qədər qol imkanları vardı. Bu həftəsonu “Liverpul”la qarşılaşacağıq. Sözsüz, bu altı xallıq oyun olacaq. Biz də onları götürmək üçün hər şeyi edəcəyik!”, deyə Antonio inam və şövqlə bildirib.

Hazırda “Liverpul” 13 xalla İngiltərə Premyer Liqasında 3-cü yerdə, “Vest Hem” isə 10 xalla 6-cı yerdə qərarlaşıb.

Komandalar arasında oyun Bazar günü, sentyabrın 24-də keçiriləcək.

Maykl Antonio 2015-ci ilin sentyabrdan “Vest Hem”də çıxış edir. Yamaykalı hücumçunun “çəkicdöyənlər”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Antonio “Vest Hem”in heyətində 5 oyun keçirib, 2 qol vurub. Ötən mövsüm yamaykalı hücümçu “çəkicdöyənlər”lə Avropa Liqasını qazanıb.

Antonio 2021-ci ilin sentyabrında debüt etdiyi “Yamayka” yığmasının heyətində 12 oyun keçirib, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı Maykl Antonionu 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: