Futbol üzrə Fransa millisinin hücumçusu Maykl Olise dünya çempionatının bir turnirində ən çox məhsuldar ötürmə edən futbolçu adına yiyələnib.
Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu buna DÇ-2026-nın üçüncü yer uğrunda İngiltərə ilə keçirilən oyunda nail olub.
Olise həmin görüşdə Kilian Mbappeyə iki məhsuldar ötürmə verərək turnirdə assistlərinin sayını 7-yə çatdırıb.
Beləliklə, fransalı futbolçu 1970-ci il dünya çempionatında Pelenin 6 məhsuldar ötürmə ilə müəyyənləşdirdiyi rekordu geridə qoyaraq bu göstərici üzrə yeni mütləq rekordun sahibi olub.
Olise 2024-cü ilin yayında İngiltərənin “Kristal Pelas” klubundan Almaniyanın “Bayern” komandasına transfer olunub. O, Münhen təmsilçisinin heyətində iki dəfə Bundesliqanın, bir dəfə isə Almaniya Kuboku və Super Kubokunun qalibi olub.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Mundiala bu gün baş tutacaq İspaniya – Argentina finalı ilə yekun vurulacaq.


