Mbappe hərracda Pelenin portretini 520 min avroya aldı

PSJ-nin fransalı hücumçusu Kilian Mbappe əfsanəvi braziliyalı futbolçu, “Futbol kralı” Pelenin portretini hərracda 520 min avroya alıb.

Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Mbappe Pelenin portretini Paris klubunun digər oyunçuları ilə xeyriyyə hərracında olarkən alıb.

Bu əsərin ilkin qiymətinin 5 min avro məbləğində müəyyən edildiyi və onun alınması üçün altı hərrac iştirakçısının müraciət etdiyi vurğulanır. 300 min avro məbləğ həddinə çatdıqdan sonra portretin alınması uğrunda mübarizəni yalnız Mbappe və PSJ-nin mərakeşli sağ cinah müdafiəçisi Əşrəf Hakimi davam etdiriblər. Sonda Mbappenin 520 min avro məbləğində təklifi gecənin ən böyük təklifi olub və fransalı ulduz Pelenin portretina sahib olub.

Hərracda 2,7 milyon avro məbləğində vəsait toplanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: