Fransa millisinin hücumçusu Kilian Mbappe hesab edir ki, Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının finalında da qol vuracaq.
Arena.az xəbər verir ki, Fransa millisinin İngiltərəyə 4:6 hesabı ilə uduzduğu üçüncü yer uğrunda oyunda dubla imza atan Mbappe dünya çempionatları tarixinin bombardirləri siyahısında Messini geridə qoyub.
Hazırda fransalı ulduzun hesabında 22 qol var. Messi isə 21 qolla ikinci pillədə qərarlaşıb.
DÇ-2026-da Mbappe indiyədək 10, Messi isə 8 qol vurub.
Kilian argentinalı ulduzun finalda da fərqlənəcəyinə inandığını gizlətməyib:
“Leo Messi finalda qol vuracaq. O, həmişə nəticə verir”.
Qeyd edək ki, dünya çempionatının finalında Argentina millisi İspaniya ilə qarşılaşacaq. ABŞ-ın Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçiriləcək görüş bu gün baş tutacaq.


