Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı Avropa çempionu olması münasibətilə təbrik edib.

Arena.az xəbər verir ki, Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında bu gün qızıl medala sahib çıxıb.

Tarixi uğura imza atan şahmatçımızı təbrik edənlərdən biri də Birinci vitse-prezident Mehriban Əliyeva olub. Vitse-prezidentin sosial şəbəkə hesablarındakı paylaşımlarda bunlar qeyd olunub:

“Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”

Xəbəri sosial şəbəkələrdə paylaş: