Mendilibar: “Finalda sakit olmalıyıq”

Pirey “Olimpiakos”unun baş məşqçisi Xose Luis Mendilibar “Fiorentina” ilə Konfrans Liqasının qarşıdakı final oyunu haqda danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz sakit olmalıyıq. Hazırlıq cədvəlində nəyisə dəyişmək səhv olardı. Bu, finaldır, amma buna qədər bütün oyunlara necə yanaşırdıqsa, ona da elə yanaşmaq gərəkdir.

Futbolçuların ruh yüksəkliyini, ilhamını görürəm, onlar mübarizəyə can atırlar. Onlar özlərinə inanırlar, məşqdə əllərindən gələni edirlər və hamı bu oyunda oynamaq istəyir”, deyə Mendilibar bildirib.

Konfrans Liqasının 2023/2024-cü illər mövsümün final oyunu bu gün, mayın 29-da Yunanıstan paytaxtı Afinanın “Ayya-Sofiya” stadionunda (“OPAP Arena”) keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: