“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasında “Roma”nı yenməklə bu turnirin qalibi olmuş ən yaşlı məşqçi adına sahib olub.
Arena.az xəbər verir ki, Mendelibar 62 yaş 78 günlüyündə “qocamanlıq” rekordu müəyyənləşdirib.
Keçmiş rekord isə “Çelsi”nin sabiq baş məşqçisi Maurisio Sarriyə məxsus idi. Sarri “zadəganlar”la 2019-cu ildə Avropa Liqasının qalibi olarkən 60 yaş 139 günlüyündə idi.
Xatırladaq ki, Mendilibarın rəhbərlik etdiyi “Sevilya” Avropa Liqasının finalında “Roma”nı penaltilər seriyasında 4:1 hesabı ilə məğlub edərək (əsas və əlavə vaxt: 1:1) yeddinci dəfə qənimətə sahib olmağı bacarıb.
Klub daha öncə 2006, 2007, 2014, 2015, 2016, 2020-ci illərdə Avropa Liqasının qalibi olub. Sevilya bu turnirdə iştirak etdiyi bütün finallardan qələbə ilə ayrılıb.