Merih Demiralda koronavirus aşkarlandı

Futbol üzrə Türkiyə milli komandasının və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Merih Demiralda koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə 23 yaşlı müdafiəçinin millinin düşərgəsində verdiyi COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Niderland, Norveç və Latviya ilə oyunlar üçün Türkiyə yığmasına dəvət alan futbolçulardan bir neçəsi koronavirusa yoluxduğu üçün heyətdən kənarlaşdırılmışdı. Onların arasında Merih Demiral da var idi.

İtaliya mətbuatının iddiasına görə, Demiral xüsusi təyyarə ilə Turinə qayıda biləcək. Hansı ki, bir neçə ay öncə komandanın digər üzvü Kristiano Ronaldo eyni qaydada İtaliyaya dönmüşdü.

Sonda onu da bildirək ki, Merih Türkiyə millisinin DÇ-2022-nin seçmə mərhələsindəki ilk 3 oyununa dəvət alsa da, bu görüşlərdən heç birində iştirak edə bilməyib. O, 2019-cu ildən “Yuventus”un uğurları üçün çalışır.

Xəbəri paylaş:
Bizi izləyin: